Masallı rayonunun Ərkivan qəsəbəsindən olan iş adamı Amid İbadov Uqanda Respublikasında qida çatışmazlıqından əziyyət çəkən müsəlmanlar üçün ehsan süfrəsi təşkil edib.
Azadmedia.az xəbər verir ki, “Shark Logistics” Beynəlxalq Nəqliyyat və loqostika şirkətinin rəhbəri Amid İbadov Şərqi Afrika dövləti olan Uqanda Respublikasında yaşayan müsəlman uşaqlar üçün 100 nəfərlik ehsan süfrəsi açıb.
İş adamı ötən həftə Yəmən Ərəb Respublikasında susuzluqdan əziyyət çəkən müsəlmanlar üçün bir tanker su ehsanı etmişdi.