İsveç 2025-ci ildə NATO-ya daxil olduqdan sonra Latviyaya 800 hərbçi göndərəcək.
Azadmedia.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, bunu Krallığın Baş naziri Ulf Kristersson "Xalq və Müdafiə" konfransında deyib.
Belə ki, onun sözlərinə görə, İsveç hökuməti ixtisar edilmiş batalyonun Kanadanın Latviyada rəhbərlik etdiyi NATO qüvvələrində təmsil olunması ilə bağlı qərar verib.
Qeyd edək ki, İsveçin cənubunda, Lund şəhəri yaxınlığında yerləşən P 7 alayından ezam olunmuş hərbçilərinin vəzifəsi Latviya sərhədini qorumaq olacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.