Güclü meşə yanğınları və daşqınlardan sonra bərpa ilə bağlı təşəbbüsləri dəstəkləmək məqsədilə Yunanıstan hökuməti cari ilin yanvar ayından qüvvəyə minən yeni mənzil vergisi tətbiq edib.
Bu barədə Azadmedia.az yunan mətbuatına istinadla xəbər verir.
Belə ki, “İqlim dəyişikliyinə qarşı dayanıqlıq vergisi” ölkəyə gələrək oteldə qalmaq üçün ödəniş etməli olan turistlər üçün nəzərdə tutulub. O yalnız mart ayından oktyabr ayına qədər davam edən turist mövsümünün ən pik vaxtında tutulacaq. Vergi dərəcələri bir gecəyə 1 avrodan 4 avroya qədər dəyişir, üstəlik ödənişin miqdarı mənzilin reytinqindən asılıdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.