Astronomlar ilk dəfə olaraq NASA-nın “Çandra X-ray” rəsədxanası və “James Webb” Kosmik teleskopundan alınan məlumatları birləşdirərək, məşhur fövqəlnovanın qalığı “Cassiopeia A” ulduzunu ətraflı şəkildə tədqiq ediblər. Azadmedia.az NASA-nın açıqlamasına istinadən xəbər verir ki, bu tədqiqat ilk dəfə 2023-cü ilin aprelində “James Webb”in məlumatlarında aşkar edilmiş “Yaşıl canavar” adlı məhv olmuş ulduzun qalıqlarında qeyri-adi quruluşu izah etməyə kömək edib.
Belə ki, tədqiqat, partlayışla bağlı yeni təfərrüatları üzə çıxarıb. “Cassiopeia A” ulduzu Yerin nöqteyi-nəzərindən təxminən 340 il əvvəl yaranıb. Yeni kompozit təsvirdə “Chandra”dan rentgen şüaları (mavi), “Webb”dən infraqırmızı (qırmızı, yaşıl, mavi) və “Hubble”dan (qırmızı və ağ) optik şüalar var. Təqdim edilən fotoşəklin xarici hissələrinə NASA-nın “Spitzer” kosmik teleskopundan alınan (qırmızı, yaşıl və mavi) infraqırmızı şüalar da daxildir. “
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.