Azərbaycan vətəndaşları İraqa səyahət edərkən giriş vizalarını artıq bu ölkənin sərhəd-keçid məntəqələrində əldə edə biləcək.
Azadmedia.az xəbər verir ki, bu barədə Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov "X" sosial şəbəkə hesabında paylaşım edib.
Belə ki, o bildirib ki, bununla bağlı İraq daxili işlər naziri müvafiq əmr imzalayıb.
Qeyd edək ki, "Bununla əlaqədar başda İraq Respublikasının Baş naziri olmaqla, bu ölkənin Daxili İşlər və Xarici İşlər nazirliklərinə təşəkkürümüzü bildiririk", - deyə səfir yazıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.