Türkiyənin xarici işlər naziri Hakan Fidan yanvarın 10-da Tacikistana səfər edəcək.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Səfər Tacikistanın xarici işlər naziri Sirojiddin Muhriddinin dəvəti ilə baş tutacaq.
Nazir səfər zamanı regional və beynəlxalq gündəlikdəki vacib məsələlər ətrafında fikir mübadiləsi aparacaq. Ankara ilə Düşənbə arasında əlaqələrin inkişafı müzakirə olunacaq.
Qeyd edək ki, nazir hazırda Qırğızıstanda səfərdədir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.