Gələn həftədən etibarən parlamentin yaz sessiyasının komitə iclaslarına start veriləcək.
Həftə ərzində Milli Məclisin komitələrinin iclasları nəzərdə tutulub.
Belə ki, yanvarın 16-da Regional məsələlər komitəsinin islası baş tutacaq. İclasda iş planı və cari məsələlər müzakirə olunacaq.
Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, qanunverici orqanının üzvlərinin tətili dekabrın 30-dan yanvarın 15-dək davam edəcək.
Milli Məclis hər il yaz və payız sessiyalarına yığılır. Yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir. Payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir. Fevralın 1-i və sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.
Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, tətil dövründə qanunverici orqanın növbədənkənar sessiyası çağırıldıqda parlamentin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və deputatlar həmin müddətə məzuniyyətdən geri çağırılırlar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.