Şimali Koreya hərbi təxribat olacağı təqdirdə Cənubi Koreyanı məhv etmək üçün özünün bütün hərbi personalından tərəddüdsüz istifadə edəcək.
Bu barədə Şimali Koreya lideri Kim Çen In müdafiə sənayesi müəssisəsinə səfəri zamanı deyib.
"Koreya Respublikası dövlətimizə qarşı hərbi qüvvələrdən istifadə etməyə, yaxud suverenliyimizi və təhlükəsizliyi təhdid etməyə çalışarsa, onu məhv etmək üçün mövcud bütün vasitə və qüvvələrimizi tərəddüdsüz işə salacağıq", - o deyib.
Şimali Koreya ilə qarşıdurmanın Cənubi Koreya üçün təhlükəli olduğunu deyən Kim Çen In ölkəsinin belə olduğu halda müharibədən çəkinməyəcəyini bildirib.(Modern)
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.