Qətərin paytaxtı Dohada keçirilən Dünya Müsəlman Alimləri Birliyinin 6-cı Baş Assambleyasının gündəminin ən mühüm mövzusu Qəzza olub.
Professor Doktor Əli Muhyiddin əl-Karadağinin sədr seçildiyi yığıncaqda Əli Məhəmməd əl-Sallabi Birliyin yeni baş katibi seçilib.
Türkiyedən İslam Təfəkkür İnstitutunun sədri, professor Doktor Mehmet Görmezin sədr müavini seçildiyi ümumi qurultayda 31 yeni qəyyumlar şurası üzvü də təyin edilib.
Yeni qəyyumlar şurasına daxil olan yazıçı Rəcəb Songül Birliyin İstanbul şöbəsinin daha da fəallaşdırılmasının gündəmdə olduğunu bildirib.
Dünya Müsəlman Alimləri Birliyinin Türkiye nümayəndəsi Abdulvahap Ekinci İsrailin Qəzzaya hücumları ilə bağlı Baş Assambleyada mühüm mesajlar verildiyini vurğulayıb:
"Qəzzada aylardır davam edən barbarlıq və vəhşilik insani, dini və əxlaqi baxımdan qəbuledilməzdir. Ümumi qurultayda bu məsələ ilə bağlı bütün insanlığın, eləcə də alimlərin üzərinə düşən vəzifələr vurğulandı. Müsəlmanlar başda olmaqla bu mövzuda heç kəsin səssiz qalmamasının vacibliyi dilə gətirildi. Ümumi qurultayda yaxın zamanda ilk qibləmiz olan Əqsa məscidinin azadlığa qovuşdurulması və zülmə son qoymaq üçün lazım olan məsuliyyətlərin yerinə yetirilməsi məsələsi müzakirə olundu".
Dünya Müsəlman Alimləri Birliyinin 6-cı Baş Assambleyası bu gün açıqlanacaq yekun bəyannamə ilə yekunlaşacaq. TRT
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.