Heydər Piriyev işdən çıxarıldı - Yeni təyinat - FOTO
Xəbər verdiyimiz kimi, bu gün Müdafiə Nazirliyinin bir sıra yüksək vəzifəli hərbçiləri istefaya və ehtiyata göndərilib.
General-leytenant Heydər Piriyev də tutduğu vəzifəsindən azad olunub.
H.Piriyev Azərbaycan Milli Müdafiə Akademiyasının rektoru vəzifəsini icra edirdi. O, 2022-ci ilin iyun ayında bu vəzifəyə təyin edilmişdi.
Milli Müdafiə Akademiyasına Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan polkovnik Gündüz Əbdülov rektor təyin edilib.(Bizim.Media)