AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək” İB “Yaşıl dünyaya yaşıl rəng qataq” adlı ağac əkmə aksiyası keçirib FOTOLAR

  • + A
  • - A
  • 12-01-2024, 19:56

    “Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək” İB “Yaşıl dünyaya yaşıl rəng qataq” adlı ağac əkmə aksiyası keçirib


    Bakı, 12 yanvar — Azadmedia.az


    Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə daima öz töhfəsini verir.
    Birlik sədri Yasəmən Qəyyumlu çıxış edərək bildirib ki, Ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi buna bariz nümunədir.
    Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək İctimai Birliyin idarə heyəti bu həmrəyliyə qoşularaq "Yaşıl dünyaya yaşıl rəng qataq" adlı ağac əkmək aksiyasını həyata keçirməyi qərara aldı.
    Ağaclarım Suraxanı rayon sakini olan şəhid Sərdar İsmayılovun adına inşa olunmuş Suraxanı rayon Yeni Suraxanı qəsəbəsində fəaliyyət göstərən "Zəfər" idman klubunun həyətində əkilməsi məqsədə uyğun hesab edilib. Aksiyanın həyata keçirilməsi üçün Suraxanı rayon icra hakimiyyəti xüsusi şərait yaradıb. Aksiyada şəhid ailələri, vətən müharibəsinin qaziləri, veteranlar, birliyin idarə heyəti və media nümayəndələri iştirak ediblər. Aksiyanın təşkilində təşkilatın Türkiyə Respublikası üzrə nümayəndəsi Natavan Şadlinskinin xüsusi əməyi olub.
    Bir sözlə təşkilatın əsas məqsədi mütəmadi olaraq dövlət proqramlarını dəstəkləmək və təşkilat adından bu cür önəmli proqramlara töhvə verməkdir.
    Aksiya bitdikdən sonra "Zəfər"idman klubunun əsas binasında faydalı gün münasibətilə şəhid ailələrinə, vətən müharibəsinin veteranlarına və hər zaman şəhid ailələrinin yanında olan Şəxslərə "Zəfər Diplomu" və " Fəxri diplom"lar təqdim olunub.













    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR