ABŞ bizə hələ ötən əsrin 70-ci illərində istifadə etdiyi A-10 hücum təyyarələrini verə bilər.
Azadmedia.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin quru qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski deyib.
Belə ki, "Bizə bir variant versələr, mən A-10 haqqında danışardım. Bu yeni texnologiya deyil, lakin bir çox münaqişələrdə özünü yaxşı nümayiş etdirmiş etibarlı texnologiyadır", - deyə Sırski bildirib.
Həmçinin onun fikrincə, belə təyyarələr quru qoşunlarına dəstək verə bilər:
"Bundan əlavə, "Apaçi" AH-64 və AH-1 "Super Kobra", eləcə də "Blək Həvk" hücum helikopterlərinin tədarükü mühüm rol oynaya bilər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.