BMT sülhməramlılarının Konqo Demokratik Respublikasından (KDR) çıxarılmasına başlanılıb.
Azadmedia.az-ın AFP-yə istinadən verdiyi məlumata görə, bunu Konqonun xarici işlər naziri Kristof Lutundula Apala deyib.
Belə ki, onun sözlərinə görə, prosesin cari ilin sonuna kimi yekunlaşacağı gözlənilir.
Həmçinin BMT sülhməramlıları 16 ölkəni birləşdirən Cənubi Afrika İnkişaf Birliyinin döyüş bölmələri ilə əvəz olunacaq.
Qeyd edək ki, artıq Cənubi Afrika və Tanzaniyadan olan qabaqcıl hərbi mütəxəssislər qrupları ölkənin şərqinə yerləşdirilib. Yeni bölmələr hökumət qüvvələri ilə birlikdə Konqo ərazisində üsyançılarla döyüşlərdə iştirak edəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.