AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

4 saylı Magistral avtomobil yollarının istismarı MMC-nin rəhbərliyi və əməkdaşları iş başındadır

  • + A
  • - A
  • 14-01-2024, 16:45

    4 saylı Magistral avtomobil yollarının istismarı MMC-nin rəhbərliyi və əməkdaşları iş başındadır

    Qış aylarında bölgələrdə qarla əlaqədar yollarda hərəkətin intensivliyinin təmin edilməsi üçün qabaqlayıcı tədbirlər görülür.
    AAYDA-nın balansında olan 4 saylı Magistral avtomobil yollarının istismarı MMC-nin rəhbərliyi və əməkdaşları soyuq qış günlərində bölgələrdəki yollarda lazımi tədbirləri görməyə davam edir.
    4 saylı Magistral avtomobil yollarının istismarı MMC tərəfindən Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 11-25-ci km-lik və 89-143-cü hissəsində yolun qardan və buzdan təmizlənməsi tədbirləri davam etdirilir.

    AAYDA-nın balansında olan 4 saylı Magistral avtomobil yollarının istismarı MMC-nin əməkdaşları və rəhbəri Mübariz müəllim səhər tezdən qar yağan ərazilərdə yolların təmizlənməsi ilə məşğuldur.
    Bunu o yoldan keçən hər kəs görə bilər. Mübariz müəllimin hadisə yerində yolların təmizlənməsi və duz səpilməsinə şəxsən nəzarət etməsi onun işinə məsuliyyətindən xəbər verir.
    Yaxşı işləri, işinin öhdəsindən layiqincə gələn rəhbərləri təqdir etmək lazımdır.

    Xəlil Xəlilov


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR