AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu ölkə ABŞ və NATO-ya sədaqət nümayiş etdirir - KİV

  • + A
  • - A
  • 14-01-2024, 21:54



    Bu ölkə ABŞ və NATO-ya sədaqət nümayiş etdirir -

    Almaniya ABŞ və NATO-ya olan sədaqətini nümayiş etdirmək üçün öz hərbi gəmisini Qırmızı dənizə göndərir. Belə ki, bu sözləri “Milli müdafiə” jurnalının baş redaktoru, rusiyalı hərbi ekspert İqor Korotçenko Qərbin husilərə qarşı əməliyyatını RT-yə şərh edərkə deyib.

    “Bu, anqlo-saks koalisiyasına qoşulmaqdır, NATO və Vaşinqtonla müəyyən siyasi və hərbi həmrəyliyin təzahürüdür. Bu, Berlinin əvvəlki kursunun dəyişdiyini göstərir. Əgər əvvəllər Berlin beynəlxalq arenada hərbi cavab vasitələrindən istifadə etməkdə kifayət qədər təmkinli idisə, indi o, ABŞ-ın tərəfində münaqişədə birbaşa iştirak etmək niyyətindədirlər”, - ekspert vurğulayıb.

    O əlavə edib ki, kansler Olaf Şoltsun rəhbərliyi altında Almaniya ABŞ və Qərb koalisiyasının hərbi avantürası ilə fəal şəkildə oynayır:

    “Əgər naviqasiyanın təhlükəsizliyini təmin etmək funksiyalarını öz üzərinə götürən daimi dəniz eskadronu yaradılarsa, bu, daha sonra yalnız güclənəcək. Bu, ABŞ üçün Berlin tərəfdən çox mühüm hərbi addımdır. Bu, regionda gərginliyin artması və İran da daxil olmaqla, bölgə dövlətlərinə təzyiq vasitəsi kimi şərh edilə bilər”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR