Yanvarın 1-də Uolter Rid Milli Tibb Mərkəzinə yerləşdirilən ABŞ-ın müdafiə naziri Lloyd Ostin xəstəxanadan buraxılıb.
Azadmedia.az xəbər verir ki, bu barədə Pentaqonun Mətbuat xidmətinin bəyanatında bildirilib.
Belə ki, "Nazir hələ də müalicə alır və həkimlərinin göstərişi ilə Pentaqona qayıdana qədər öz vəzifələrini bir müddət uzaqdan yerinə yetirəcək", - deyə bəyanatda vurğulanıb.
Həmçinin Pentaqon Ostinin təhlükəsiz rabitə kanallarına tam çıxışı olduğunu vurğulayıb.
Qeyd edək ki, ABŞ-ın müdafiə naziri prostat xərçəngindən müalicə alır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.