AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qebreyesus atəşkəs çağırışını təkrarlayıb - ÜST

  • + A
  • - A
  • 16-01-2024, 07:41

    Qebreyesus atəşkəs çağırışını təkrarlayıb -


    Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus İsrailin Qəzzaya hücumlarının 100-cü gününü “faciə” kimi qiymətləndirərək, atəşkəs tələbini təkrarlayıb.

    Azadmedia.az xəbər verir ki, Qebreyesus "X" soial media platformasından İsrailin Qəzzaya hücumları ilə bağlı paylaşım edib.

    Belə ki, “Bu gün faciənin 100-cü günüdür” ifadəsindən istifadə edən Qebreyesus İsrailin hücumlarından sonra Qəzzada "ciddi humanitar böhran" deyə yaşandığını vurğulayıb.

    Həmçinin Qəzzadakı xəstəxanaların əksəriyyətinin edilən 300-dən çox hücum və kritik yardıma təhlükəsiz çıxışa mane olunması səbəbiylə fəaliyyət göstərmədiyinə diqqət çəkən Qebreyesus "Xəstəliklər getdikcə daha kiçik ərazilərə sıxışmaq məcburiyyətində qalan və təmiz suya çıxışı olmayan əhali arasında yayılır" deyib.

    “Qəzzada insanlar cəhənnəmdə yaşayırlar” deyən Qebreyesus atəşkəs çağırışını təkrarlayıb.

    Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatı və Ümumdünya Səhiyyə Təşkilatının Qəzzaya lazım olan yardımı göstərməsinin davamlı olaraq qarşısının alındığını vurğulayan Qebreyesus israilli əsirlərin azad edilməsini də istəyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR