Ukraynanın xarici işlər naziri Dmitri Kuleba işğalın ilk günlərində baş tutan atəşkəs danışıqları zamanı rusiyalı həmkarı Sergey Lavrovun üzünə yumruq vurmaq istədiyini bildirib.
Ukraynalı blogerlə müsahibəsində bir sıra məsələlərə toxunan Kuleba, rusiyalı həmkarı ilə Antalyada baş tutan görüşün çox çətin keçdiyini bildirib.
“Ən çətin görüşlər gedib düşməninizin üzünə yumruq vurmaq istədiyiniz, amma bunu edə bilmədiyiniz görüşlərdir. Deyə bilərəm ki, bu, iki-üç dəfə baş verib. Belə bir görüş 2022-ci ilin yazında Lavrovla Antalyada olub”,-deyə o qeyd edib.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində siyasi ekspert Rizvan Talıbovla müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.(Musavat)
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.