AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İranın evini ballistik raketlə vurduğu iş adamı kimdir?

  • + A
  • - A
  • 16-01-2024, 14:37

    İranın evini ballistik raketlə vurduğu iş adamı kimdir?


    SEPAH əməliyyatda konkret olaraq bir ailəni hədəf alıb.

    Bu sözləri iranlı ekspert Ərdəban Ruzbeh İraqda kürd əsilli iş adamının öldürülməsi barədə danışarkən bildirib.

    Onun sözlərinə görə, Peşrev Dizayi ailəsinin öldürüldüyü və 17 nəfərin yaralandığı əməliyyatda təxminən 10 raket zərbəsi həyata keçirilib. Əməliyyat nəticəsində Peşrevin 1 yaşlı qızı Jina Dizayi də həlak olub.

    Hücum əməliyyatı zamanı Xürrəmşəhr və Kirmanşah vilayətlərindən və ilk dəfə Təbrizdə yerləşən “Azərşəhr” bazalarından atəş açılıb. “Əl Ərəbiyyə”nin məlumatına əsasən, hadisə ilə bağlı bir iranlı saxlanılıb.

    Həmçinin İRNA kürd əsilli iş adamı Peşrev Dizayi haqda məlumat dərc edib. Məlumatda bildirilb ki, o, “Falkon” mühafizə və təhlükəsizlik və bir neçə neft şirkətinin rəhbəri olsa da, əslində MOSSAD-ın gizli agenti və Ərbildəki ünsürlərinin qorunmasına və onların maddi-texniki təminatına cavabdeh şəxs olub.

    İran mediasının iddialarına əsasən, “Falkon” şirkətinin rəsmi qərargahı Misirdə yerləşir. Şirkət avtomobil nömrələri və digər texnologiyalar vasitəsilə hədəfləri və yerləri müəyyən edən digər şirkətlərin şərikidir. Şirkətin bu sahədə ən mühüm tərəfdaşı isə ABŞ Federal Statistika Sistemi ilə əlaqəli işləyən, məlumatların toplanması, təhlili və dərc edilməsi işini görən EIA (Energy Information Administration) agentliyidir.(Axar)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR