ABŞ hərbçiləri Somali sahilləri yaxınlığında husilərə göndərilən gəmidə İran istehsalı raket başlıqları ələ keçirib. Azadmedia.az xəbər verir ki, bu barədə “Waşington Post” məlumat yayıb.
Belə ki, nəşr ABŞ hərbçilərinin sənədləri olmayan gəmidə axtarış apardığını yazıb. Axtarış zamanı gəmidə olan 12 nəfər həbs edilib. Daha sonra gəmi ABŞ hərbçiləri tərəfindən batırılıb.
Həmçinin axtarış zamanı iki amerikalı əsgər dənizə düşüb. Onların axtarışları hələ də davam edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.