AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanın ilk qadın arxeoloqlarından biri vəfat etdi

  • + A
  • - A
  • 16-01-2024, 19:30

    Azərbaycanın ilk qadın arxeoloqlarından biri vəfat etdi

    Azərbaycanın ilk qadın arxeoloqlarından biri - tarix üzrə fəlsəfə doktoru Firuzə Məmmədrza qızı Muradova vəfat edib.

    Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

    Qeyd edək ki, F.Muradova 1934-cü il noyabr ayının 19-da Bakı şəhərində anadan olub. 1953-cü ildə Bakı şəhəri 190 saylı orta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə daxil olub. 1958-ci ildə universiteti bitirərək AMEA Tarix İnstitutunda laborant kimi əmək fəaliyyətinə başlayıb. 1965-ci ildən Qobustan ərazisində arxeoloji tədqiqatlar aparan Firuzə xanım 1974-cü ildə “Qobustan tunc dövründə” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 1979-cu ildə işıq üzü görən “Qobustan Tunc dövründə” monoqrafiyası arxeoloqlar tərəfindən yüksək qiymətləndirilib. F.Muradova Qobustanın maddi-mədəniyyəti problemi üzrə tədqiqatlarını davam etdirərək ərazinin üst paleolitdən orta əsrlər dövrünədək aktual məsələlərini tədqiq edib.

    Üç kitab və 100-dən artıq məqalənin müəllifi olan Firuzə Muradova Azərbaycan arxeologiyasının ilk qadın arxeoloqlarından biridir


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR