AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyə ilə Yaponiya arasındakı diplomatik münasibətlərin 100-cü ildönümünün qeyd olunub - XİN

  • + A
  • - A
  • 17-01-2024, 08:38

    Türkiyə ilə Yaponiya arasındakı diplomatik münasibətlərin 100-cü ildönümünün qeyd olunub -


    Türkiyədə səfərdə olan Yaponiyanın xarici işlər naziri Yoko Kamikava ilə Türkiyənin XİN rəhbəri Hakan Fidan arasında görüş olub. Belə ki, görüşdən sonra iki ölkənin XİN rəhbərləri mediaya birgə açıqlama veriblər.

    Həmçinin nazirlər bu il Türkiyə ilə Yaponiya arasındakı diplomatik münasibətlərin yüzüncü ildönümünün qeyd olunduğunu, bu münasibətlərin möhkəm təməl üzərində inkişaf etdirildiyini və 2013-cü ildə strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini xatırladıblar.

    Görüşdə gündəmdəki mühüm məsələlərin müzakirə olunduğunu deyən Fidan bu il həm Türk-Yapon Elm və Texnologiya Universitetinin fəaliyyətə başlayacağını, həm də ilk dəfə keçirilməsi planlaşdırılan Türkiyə-Yaponiya Enerji Forumu ilə bağlı işlərin davam etdiyini bildirib.

    Nazir, həmçinin uzun müddətdir davam edən iqtisadi tərəfdaşlıq və sosial təminat müqavilələrini müzakirə etdiklərini, bunların qarşılıqlı fayda əsasında ən qısa zamanda imzalanmasını istədiklərini ifadə edib.

    Qeyd edilib ki, iki ölkə arasında enerji sahəsində mövcud əməkdaşlıq potensialının reallaşdırılmasına önəm verilir.

    Bundan başqa Yaponiyalı nazir öz növbəsində iki ölkə arasındakı əlaqələrin gələcəyinin parlaq olduğunu vurğulayaraq, ölkəsi ilə Türkiyə arasındakı əməkdaşlığı daha da dərinləşdirmək arzusunu ifadə edib.

    Nazirlər, həmçinin terrorla birgə mübarizədə və Qəzzaya humanitar yardımların çatdırılması mövzusunda həmfikir olduqlarını bildiriblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR