AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

9 vəkilin fəaliyyəti dayandırıldı - 20 nəfərə töhmət verildi

  • + A
  • - A
  • 17-01-2024, 10:54

    9 vəkilin fəaliyyəti dayandırıldı - 20 nəfərə töhmət verildi

    Vəkillər Kollegiyasına daxil olmuş şikayətlər əsasında 20 vəkilə töhmət verilib, 9 nəfərinin isə fəaliyyəti dayandırılıb.

    Bu barədə Vəkillər Kollegiyasından (ARVK) məlumat verilib.

    Bildirilib ki, Vəkillər Kollegiyasına dövlət orqanlarından 47, qeyri-dövlət təşkilatlarından 43, vətəndaşlardan 128 şikayət və müraciət daxil olub.

    2022-2023-cü illərdə 284 intizam icraatı həyata keçirilib, 117 pozuntu müəyyən olunub, 37 icaatda pozuntu müəyyən olunmayıb, 53-nə qiymət verilməsi mümkün olmayıb. 46 şikayət üzrə İntizam icraatına xitam verilib.

    Həmin vəkillər barədə şikayət geri götürüldüyünə və sair əsaslarla 33 İntizam tənbehi tətbiq edilmədən xəbərdarlıq edilib. 21-nə irad, 20-vəkilə töhmət verilib. Pozuntu müəyyən olunmadığına və şikayət geri götürüldüyünə görə 80 vəkilin intizam icraatına xitam verilib, 46 şikayət üzrə qiymət verilməsinin mümkün olmayıb.Həmçinin, 9 vəkilin fəaliyyəti dayandırılıb, 8 vəkil isə üzvlükdən xaric olunma ilə əlaqədar məhkəməyə müraciət edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR