Yanvarın 17-də Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanov ölkəmizdə işgüzar səfərdə olan Türkiyə Respublikası milli müdafiə nazirinin müavini Cəlal Sami Tüfəkçinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Azadmedia.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumata yayıb.
Belə ki, Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən görüş zamanı Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.
Qeyd edək ki, tərəflər hərbi-texniki sahədə maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.