Fransa hərbçilərinin ölkədən çıxarılması terrorizmlə mübarizəyə faydalı təsir göstərib.
Azadmedia.az-ın xarici KİV-ə istinadən xəbər verir ki, bunu Nigerin müdafiə naziri general Salifu Modi deyib.
Belə ki, “Sonuncu Fransa əsgərləri dekabrın 22-də ölkədən ayrılıblar. Ölkəmizin təhlükəsizliyinə təsirinə gəlincə, qeyd etmək lazımdır ki, hərbçilərin çıxarılması bir tərəfdən terrorizmə qarşı apardığımız mübarizənin mənzərəsini aydın görməyə, digər tərəfdən isə öz məsuliyyətimizi dərk etməyə imkan verdi”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.