İran ordusu və SEPAH yaxın vaxtlarda birgə hava hücumundan müdafiə təlimləri keçirəcək.
Azadmedia.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Belə ki, İran ordusunun silahlı qüvvələrinin ayrı-ayrı bölmələri və İslam İnqilabı Keşikçiləri Korpusunun iştirakı ilə “Vilayət 1402 səmalarının müdafiəçiləri” adlı ixtisaslaşdırılmış birgə hava hücumundan müdafiə təlimi keçiriləcək.
Həmçinin təlimin tarixi daha sonra açıqlanacaq. Hazırda təlimlərin təfərrüatı da məlum deyil.
Qeyd edək ki, SEPAH ötən gün İraqın şimalı və Pakistanda bəzi ərazilərə zərbə endirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.