AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"İşıqlar söndü, sonra partlayış baş verdi" - Yataqxana sakini yanğından DANIŞDI

  • + A
  • - A
  • 18-01-2024, 10:33

    "İşıqlar söndü, sonra partlayış baş verdi" - Yataqxana sakini yanğından DANIŞDI

     
    Xəbər verildiyi kimi, dünən gecə saatlarında Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən Sumqayıt Dövlət Texniki Kollecinin korpusunda yanğın baş verib 

    Modern.az-ın məlumatına görə, baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən söndürülüb.

    Məlumata görə, yanğın nəticəsində hər mərtəbəsi 512m² olmaqla ümumi sahəsi 1024m² olan ikimərtəbəli binanın 2-ci mərtəbəsində 6 otağın yanar konstruksiyaları 200m² sahədə və dam örtüyünün yanar konstruksiyaları yanıb.

    Binanın böyük hissəsi, bitişik olan korpusu və yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Təhlükəsizlik tədbirləri çərçivəsində 8 nəfər sakinin təxliyəsi həyata keçirilib.

    Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin (“Qaçqınkom”) Regional idarəetmə və status şöbəsinin müdiri Sənan Hüseynovun sözlərinə görə, ikimərtəbəli inzibati binada 11 ailə məskunlaşıb. Onlardan yeddi ailə Qubadlı rayonundan, iki ailə Cəbrayıl rayonundan, iki ailə isə Laçın rayonundan məcburi köçkünlərdir. Komitə tərəfindən əraziyə baxış keçirilib, hələlik sakinlər qohumlarının evinə yerləşdirilib, hadisə ilə bağlı araşdırma aparılacaq.

    Elm və Təhsil Nazirliyindən bildirilib ki, Sumqayıt Dövlət Universitetinin rektoru, kollecin rəhbərliyi hadisə yerinə gəliblər. Qeyd edək ki, binanın yanğın baş verən hissəsində tələbələr yaşamırlar. Yataqxana tipli bu bina qazlaşmayıb.

    Yanğın zamanı bir neçə nəfər tüstüdən zəhərlənib. 1954-cü il təvəllüdlü şəxs (kişi cinsli) “Digər qazların toksiki təsiri” diaqnozu ilə orta ağır vəziyyətdə hospitalizasiya olunub. 1981-ci il təvəllüdlü (kişi cinsli) və 1961 -ci il təvəllüdlü (qadın cinsli) şəxslərə “Digər qazların toksiki təsiri” diaqnozu ilə yerində yardım olunub. Durumları kafidir. İki qadına isə “Stresə qarşı kəskin reaksiya” diaqnozu ilə yerində yardım olunub.

    Sakin və hadisənin şahidi Sakit Hüseynov bildirib ki, dünən axşam saat 22 radələrində binada işıqlar sönüb. Bir neçə dəqiqə sonra partlayış səsi eşidilib. Bundan sonra yanğın başlayıb. S.Hüseynov bununla bağlı müvafiq qurumlara məlum verib. Məlumatla əlaqədar dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidməti və Sumqayıt Regional Mərkəzinin qüvvələri, polis əməkdaşları əraziyə cəlb edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR