Minsk razılaşmalarını, bildiyiniz kimi, Putin pozmayıb. Merkel də, Olland da onları işlətməyə çalışmadılar. Hər ikisi etiraf etdi ki, bu müqavilələri yalnız vaxt qazanmaq və Ukraynanı müharibəyə hazırlamaq üçün imzalayıblar.
Bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov keçirilən mətbuat konfransında deyib.
“Bunlar açıq-aşkar faktlardır, ictimai məkanda dəfələrlə səslənib, bir çox siyasətçi, jurnalist tərəfindən təhlil edilib, müzakirə edilib, şərh edilib”,- Lavrov bildirib.
Sergey Lavrov Vladimir Zelenskinin Davosda razılaşmaların uğursuzluğuna görə Rusiyanın məsuliyyət daşıdığı iddiasına dair açıqlamalarını təkzib edib:
“Zelenski Davosdakı forumun tribunasından “tərəddüd etmədən” dünya ictimaiyyətinə yalan danışır”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.