AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Notariat əməliyyatlarının aparılması zamanı şəxsin gəliri sorğulanırmı? - Rəsmi cavab

  • + A
  • - A
  • 18-01-2024, 16:41

    Notariat əməliyyatlarının aparılması zamanı şəxsin gəliri sorğulanırmı? - Rəsmi cavab

    Azadmedia.az xəbər verir ki, yanvarın 18-də Ədliyyə Nazirliyinin rəsmi “facebook” səhifəsində canlı yayımda “Notariat sahəsində aktual məsələlər” mövzusunda onlayn brifinq keçirilib.
    Tədbirdə nazirliyin Ədliyyə sahəsində xidmətlər baş idarəsinin aidiyyəti məsul işçiləri – Notariat idarəsinin rəhbəri Mirağa Abbasov və böyük məsləhətçisi Seymur İsmayılov, baş idarənin Nəzarət-analitik iş üzrə qrup rəhbəri Leyla Bərxudarzadə və Azərbaycan Notariat Palatası idarə heyətinin sədri Hüseyn Məmmədov iştirak ediblər.
    Vətəndaşların 20 mindən artıq qiymətə əmlak alarkən deklorasiya tələb olunması ilə bağlı sualına aydın gətirilib. Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində notariusun öhdəliklərindən danışılaraq bununla bağlı ötən il qüvvəyə minmiş yeni Qanunun tələblərindən irəli gələrək müəyyən kateqoriya notariat əməliyyatlarının aparılması zamanı şəxsin gəlirinə dair məlumatın toplanması məsələsinə toxunulub. Bildirilib ki, notariat xidmətlərinin göstərilməsində məlumat toplanması funksiyası çoxillik təcrübəyə əsaslanır və yeni Qanunla müəyyən edilmiş məlumatların informasiya resurslarından əldə edilməsi mümkün olduğu halda vətəndaşdan sorğulanmır. Hər hansı sənədin tələb olunması ilə bağlı notariat hərəkəti iştirakçılarının narahatlığına əsas yoxdur. Çoxşaxəli ineqrasiya imkanlarına malik “Elektron notariat” informasiya sistemi xidmətlərin operativliyinin qorunub saxlanılmasına imkan verir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR