Qırmızı dənizdə Rusiya və Çin gəmiləri təhlükə altında deyil. Azadmedia.az xəbər verir ki, bu barədə "İzvestiya" qəzetinə müsahibəsində “Ənsar Allah” hərəkatının (husilər) siyasi bürosunun üzvü Məhəmməd əl-Bahiti bildirib.
Belə ki, “Bütün digər ölkələrə, o cümlədən Rusiya və Çinə gəldikdə, onların regionda daşınma ilə bağlı təhlükəsi yoxdur. Üstəlik, biz onların gəmilərinin Qırmızı dənizdə təhlükəsiz keçməsini təmin etməyə hazırıq”, - deyə o qeyd edib.
Həmçinin onun sözlərinə görə, məqsədləri İsrail üçün iqtisadi xərcləri artırmaqdır: “Biz sülhə hazırıq, lakin ABŞ və Böyük Britaniya Yəmənə hücumları, Qəzza zolağındakı müharibəni dayandırmalı və dərman, yanacaq, eləcə də qidanın fasiləsiz axını təmin etməlidir”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.