Astara, 19 yanvar — Azadmedia.azASTARA RAYONUNDA KEÇİRİLƏN TƏHSİL LAYİHƏSİ YEKUNLAŞIB.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi” nin qalibi olan “Təhlükəsiz yollar məktəbdən başlayır” layihəsi başa çatıb. Qeyd etmək istərdik ki, bu layihənin icrasına 2023-cü ilin oktyabr ayının ortalarında başlanılıb. Layihənin əsas məqsədi Astara rayonu üzrə 10 məktəbdən seçilmiş 300 yeniyetmə şagirdin, yol hərəkət qaydaları və təhlükəsizliyi barədə maarifləndirilməsi olub. Layhiə Astara rayonunun Təngərüd, Siaykü, Maşxan, Vaqo, Rinə, Miki, Pensər və Şiyəkəran kəndlərinin məktəblərinin əhatə edib. Layihənin rəhbəri, Astara rayonu, S. Vurğun adına Təngərüd kənd tam orta məktəbinin tarix müəllimi Vəfa Hüseynovadır. Onun bildirdiyinə görə, layihəni təqdim etməkdə məqsədi bundan ibarətdir ki, yol hərəkət qaydalarına ciddi riayət etmək üçün maarifləndirmə işləri məktəbdən başlamalı və psixoloji olaraq hər bir şəxsin düşüncəsində, şüurunda özünə yer etməlidir. Yalnız bu vasitəylə çoxsaylı yol qəzalarının qarşısını almaq mümkündür. Layihə üzrə təlimçi MAGİYA İB-nin sədri Afiq Məlikov, ekspert isə psixoloq Fərrux Əliyevdir. Layihənin basğlanış mərasimində, layihənin əhatə etdiyi məktəb direktorları, layihənin uğurları və faydaları barədə məlumat veriblər.