Estoniya, Latviya və Litva Rusiya ilə sərhəddə müdafiə xətti yaratmaq barədə razılığa gəliblər.
Bu barədə Estoniya Müdafiə Nazirliyi məlumat yayıb.
"Baltikyanı ölkələr şərq sərhədi boyunca Baltikyanı müdafiə xəttinin yaradılması ilə bağlı razılığa gəliblər. Müdafiə hazırlığını artırmaq üçün vaxtdan düzgün istifadə etmək mütləqdir", - nazirliyin məlumatında deyilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.