Avropa İttifaqı HƏMAS hərəkatının fəaliyyətini maliyyələşdirməyə kömək edən altı nəfəri sanksiyalar siyahısına əlavə edib. Azadmedia.az-ın məlumatına görə, bu barədə müvafiq bəyanat Aİ-nin “Rəsmi Jurnal”ında dərc olunub.
Belə ki, Aİ sanksiyalarına Sudan, Livan və HƏMAS Siyasi Bürosunun üzvü olan Fələstin vətəndaşları, həmçinin İordaniya vətəndaşı daxildir. Onların hamısı HƏMAS hesablarına pul köçürməsinə kömək ediblər.
Qeyd edək ki, bundan əvvəl Aİ nümayəndəsi Brüsseldə jurnalistlərə bildirib ki, İttifaq HƏMAS üçün xüsusi sanksiya rejimi yaradıb. Bu rejim çərçivəsində təşkilatı maliyyələşdirən şəxslərə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq ediləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.