Bu il Şuşa şəhərində "ASAN xidmət" mərkəzi fəaliyyətə başlayacaq.
Bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət") sədri Ülvi Mehdiyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, gələcək illərdə də Ağdam, Cəbrayıl və Laçın şəhərlərində də regional "ASAN xidmət" mərkəzləri fəaliyyət göstərəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.