AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bayden: Netanyahu bu varianta etiraz edə bilməyəcək

  • + A
  • - A
  • 20-01-2024, 15:20

    Bayden: Netanyahu bu varianta etiraz edə bilməyəcək

    Fələstin dövlətinin yaradılması üçün hələ də həll yolları mövcuddur.

    Bunu ABŞ Prezidenti Co Bayden İsrail Baş naziri Benyamin Netanyahu ilə telefon danışığından sonra deyib.

    “Netanyahunun əleyhinə çıxa bilməyəcəyi ikidövlətli həll variantı ola bilər. BMT-yə üzv dövlətlər var ki, öz ordusu yoxdur, yaxud müəyyən məhdudiyyətlər şəraitindədir”, - Bayden vurğulayıb.

    Qeyd edək ki, İsrail Baş naziri Benyamin Netanyahu ötən gün verdiyi açıqlamada Fələstin dövlətinin yaradılmasının mümkün olmadığını bildirmişdi.

    Baydenin işarə etdiyi “həll variantı” isə Fələstin dövlətini faktiki olaraq mühüm ərazi və ordudan, o cümlədən Qüdsdən məhrum edən “Yüz ilin anlaşması” planına (Trampın layihəsi) uyğundur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR