Bakı, 21 Yanvar — Azadmedia.az Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun aparıcı elmi işçisi Qalib Sayılov Qazaxıstan respublikası Almata Əl-Fərabi adına Qazaxıstan Milli Universitetində keçirilən II Beynəlxalq Türkoloji Kongresdə iştirak edib.
Azadmedia.az-a daxil olan məlumata görə, konqresi tanınmış türkoloq, əl-Fərabi adına QazMU-nin professoru Janseyit Tuymebayev açaraq dünyanın bir çox ölkələrindən gələn alimləri və digər iştirakçıları salamlayıb.
Daha sonra plenar iclasda maraqlı məruzələrlə çıxışlar olub. Plenar iclasın moderatorları tanınmış türkoloqlar;- KazMU Türkiyyat və Altayşünaslıq institutunun icraçı direktoru, filologiya elmləri doktoru professor Şaymərdanovaə, filologiya elmləri doktoru professor, KazMU-nin Türkoloji və dil nəzəriyyəsi kafedrasının müdiri Avakova Rövşəngül Əmirdinqızı olub.
Plenar iclasda KazMU-nin rektörü Professor Canseyit Xanseyit oğlu Tuymebayev, Qazaxıstan Dil Qurumunun və "Beynəlxalq Türkoloji Mərkəzin" prezidenti Hacıbek Erden Zadaeviç, Rusiya EA müxbir üzvü, professor Dıbo Anna Vladimirovna, Cənubi Koreya Donqduk Avrasiya Türk araşdırmaları İnstitutunun direktoru professor O In Kyonq, AMEA Folklor institutunun aparıcı elmi işçisi Qalib Sayılov, Kazakistan Respublikası Baytursunov adına Dilçilik institutunun direktoru Professor Anar xanım Fazılcan, KazMU Türoloji və Altayşünaslıq institutunun icraçı direktoru, professor Şaymərdanova Nursulu Jamalbek qızı məruzə ilə çıxış ediblər.
Bundan əlavə, seksiya iclaslarında tanınmış alimlərdən Özbəkistan Respublikası Daşkənd Dövlət Universitetinin professoru professoru Dosmuhammed Gülməmmədov, Rusiya EA Şərqşünaslıq institutunun Şərq tarixi şöbəsinin müdiri A.D.Vasiliyeviç, Rusiya EA Sibir bölməsinin başqanı akademik Dyakanov V. M.İrkutskdan Innokentiy Novoqorodov maraqlı məruzə ilə iştirak ediblər.
Qeyd edək ki, II Beynəlxalq Türkoloji Kongresin işi çox rentabelli olmuşdur.