Yanvarın 21-də Malik Rəhməti Şərqi Azərbaycan əyalətinin yeni valisi təyin edilib.
Azadmedia.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Belə ki, o İranın daxili işlər naziri Əhməd Vəhidinin təklifi və Nazirlər Kabinetinin təsdiqi ilə bu vəzifəyə təyin olunub.
Qeyd edək ki, 1982-ci il təvəllüdlü yeni vali Marağa şəhərindəndir. Bundan əvvəl bir neçə dövlət qurumunda, o cümlədən Daxili İşlər Nazirliyində fəaliyyət göstərib.
O, bu günə kimi Şərqi Azərbaycan əyalətinə təyin olunan ən gənc validir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.