AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda İlham Əliyevin seçkiqabağı təşviqat kampaniyası davam edir

  • + A
  • - A
  • 22-01-2024, 18:36

    Masallıda İlham Əliyevin seçkiqabağı təşviqat kampaniyası davam edir

    Fevralın 7-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası davam edir.

    2024-cü il fevralın 7-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Masallı şəhər Mədəniyyət evində rayonun mədəniyyət işçiləri ilə görüş keçirilib.

    Görüşlərdə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, YAP İdarə Heyətinin üzvü, millət vəkilləri Məşhur Məmmədov və Anar İsgəndərov, rayon təşkilatının sədr müavini İlkin Əzizov, təşviqat qrupunun üzvləri şəhid anaları Mehriban Sultanova və Elmira Nağıyeva çıxış ediblər.

    Natiqlər Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin tarixi günlər yaşadığını qeyd etdilər.

    Seçicilər də öz növbəsində yeni dövrə qədəm qoyan Azərbaycanda prezident seçkilərinin dövlətimiz, xalqımız üçün uğur gətirəcəyindən əminliklərini ifadə edib, yekdilliklə cənab İlham Əliyevi dəstəkləyəcəklərini diqqətə çatdırdılar.

    İştirakçılar bir daha vurğuladılar ki, Masallı seçicilərinin yeganə seçimi cənab İlham Əliyevdir.





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR