BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyi Azərbaycana texniki missiya göndərəcək.
Azadmedia.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Administrasiyasının rəhbəri, Təşkilat Komitəsinin sədri Samir Nuriyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin ilk iclasında deyib.
Belə ki, S.Nuriyev dialoq şəraitində hazırlıq işlərinin aparılacağını bildirib və COP29-un təşkil edilməsi məqsədilə bütün aidiyyəti sahələrdə ehtiyacların qiymətləndirilməsinin zəruriliyini qeyd edib. Samir Nuriyev, eyni zamanda, beynəlxalq ictimaiyyətin məsuliyyətli üzvü və etibarlı tərəfdaş kimi Azərbaycanın əvvəki illərdə COP-a ev sahibliyi etmiş ölkələrlə təcrübə mübadiləsi apardığını bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.