BMT Ukrayna münaqişəsinin tərəflərini dinc əhali arasında itkilərdən qaçmağa çağırır.
Azadmedia.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın BMT Təhlükəsizlik Şurasının Ukrayna üzrə çağırdığı iclasında çıxış edən tərksilah məsələləri üzrə ali nümayəndənin müavini Adedeci Ebo bildirib.
Belə ki, "Mülki əhaliyə və mülki infrastruktura qarşı arasıkəsilməz hücumlar ciddi narahatlıq doğurmaqda davam edir. Silahlı münaqişənin bütün tərəfləri mülki insanları qorumaq və müvafiq beynəlxalq hüquqa, o cümlədən beynəlxalq humanitar hüquqa uyğun hərəkət etmək öhdəliyinə malikdir. Bu, qeyd-şərtsiz öhdəlikdir", - Ebo deyib.
Həmçinin “Bir daha deyirəm, mülki şəxslərə və mülki infrastruktura qarşı hücumlar beynəlxalq hüquqla qadağandır və bu cür hücumlar dərhal dayandırılmalıdır”, - deyə o əlavə edib.
O, həmçinin qeyd edib ki, pilotsuz uçuş aparatlarından və raketlərdən istifadə mülki əhalinin itkisinə səbəb olur. Ebo vurğulayıb ki, onlardan istifadə həm də beynəlxalq humanitar hüquqa uyğun olmalıdır.
Qeyd edək ki, “BMT beynəlxalq hüquq normalarına, o cümlədən təşkilatın nizamnaməsinə və Baş Assambleyanın qətnamələrinə uyğun olaraq Ukraynada davamlı sülhün əldə olunması üçün fəaliyyətini davam etdirəcək”, - deyə o fikirlərini yekunlaşdırıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.