Qazaxıstanın Alma-Ata şəhərində baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 44 nəfərə çatıb.
Azadmedia.az xəbər verir ki, bu barədə Qazaxıstanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Belə ki, 10 uşağa tibbi yardım göstərilib. Onlardan 5-i xəstəxanaya yerləşdirilib, yerdə qalanlar ambulator müalicəyə göndərilib.
Qeyd edək ki, Qazaxıstanda yanvarın 23-də yerli vaxtla saat 00:09-da 7,1 maqnitudalı zəlzələ qeydə alınıb. Zəlzələnin episentri Almatıdan 264 kilometr cənub-şərqdə, Qazaxıstan və Qırğızıstan sərhədində olub.
Zəlzələnin dərinliyi 65 kilometr dərinlikdə yerləşib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.