Almaniya Maşınistlər İttifaqı (GDL) sabahdan yanvarın 29-dək davam edəcək böyük tətilə hazırlaşır.
Azadmedia.az xəbər verir ki, Alman Dəmir Yolları ilə əmək haqqının artırılması danışıqları bir daha uğursuz nəticələndikdən sonra GDL son 3 ayda dördüncü dəfə tətil etmək qərarına gəlib.
Belə ki, Alman Dəmir Yolları altı günlük tətil zamanı ümummilli dəmiryol şəbəkəsində böyük fasilələr olacağı barədə xəbərdarlıq edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.