AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Növbəti 15 ailəlik köç karvanı Şuşaya çatıb, onlara açarlar təqdim olunub - YENİLƏNİB

  • + A
  • - A
  • 30-05-2024, 14:42

    Növbəti 15 ailəlik köç karvanı Şuşaya çatıb, onlara açarlar təqdim olunub - YENİLƏNİB

     
    Şuşaya köçürülən sakinlərə açarlar təqdim edilib.

    Açarların təqdimatı mərasimində Şuşa şəhərində Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

    Bu mərhələdə Şuşaya 15 ailə – 57 nəfər köçürülüb. Şuşaya daimi yaşayış üçün köçürülən ailələrə yeni tikilmiş binalarda mənzil verilir. İndiyədək şəhərdə 105 ailə (406 nəfər) mənzillə təmin edilib.

    ***
    Növbəti köç karvanı Şuşa şəhərinə çatıb.

    Bu mərhələdə Şuşaya 15 ailə – 57 nəfər köçürülür.

    Köç karvanı respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.

    Qeyd edək ki, bununla da Şuşa şəhərində 105 ailənin, yəni 406 nəfərin daimi məskunlaşması təmin edilib.

    ***
    İşğaldan azad olunmuş Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb.

    Ölkənin müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı mayın 30-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

    Bu mərhələdə Şuşa şəhərinə 15 ailə – 57 nəfər köçürülür. Ailələrdən 8-i (31 nəfər) Bakı şəhərindən, 2-si (6 nəfər) isə Abşeron rayonundandır, Sumqayıt (4 nəfər), Mingəçevir (4) şəhərləri, habelə Bərdə (5), Oğuz (5), Ağdam (2) rayonlarının isə hər birindən bir ailə köçürülür. Mingəçevir şəhəri, həmçinin Ağdam, Bərdə və Oğuz rayonlarında məskunlaşmış 4 ailə (16 nəfər) yaşadıqları ərazidən yola salınacaq. Onlar Ağdam rayonunun Təzəkənd kəndində yerləşən keçid postunda köç karvanına qoşularaq bir yerdə hərəkət edəcəklər.

    Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra yurdlarına qayıtmasına imkan yaranıb. Onlar əraziləri işğaldan qurtaran Azərbaycan Ordusuna, əsgər və zabitlərə minnətdarlıqlarını bildirib, şəhidlərə rəhmət, ailələrinə səbr diləyiblər.

    Xatırladaq ki, indiyədək Şuşa şəhərinə 105 ailənin, yəni 406 nəfərin daimi məskunlaşması təmin edilib.




     


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR