AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dördüncü İqlim Həftəsi başa çatıb

  • + A
  • - A
  • Bu gün, 16:17

    Dördüncü İqlim Həftəsi başa çatıb

    Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Dördüncü İqlim Həftəsi öz işinə yekun vurub.

    Sentyabrın 7-dən 11-dək davam edən tədbir çərçivəsində enerji keçidi, iqlim maliyyələşməsi, sənayenin karbonsuzlaşdırılması, dayanıqlı inkişaf və iqlim dəyişmələrinin təsirlərinin azaldılması kimi aktual mövzularla bağlı dəyirmi masalar, panel müzakirələri və konfranslar keçirilib.

    Müxtəlif ölkələrdən olan nümayəndələr, beynəlxalq təşkilatların təmsilçiləri, ekspertlər və özəl sektor nümayəndələri iqlim gündəliyinin əsas istiqamətləri, mövcud çağırışlar və onların həlli yolları ətrafında fikir mübadiləsi aparıblar.

    Beş gün ərzində keçirilən müzakirələrdə COP29, COP30 və COP31 arasında davamlılığın və institusional rabitənin qorunması, əvvəlki iqlim konfranslarında qəbul olunmuş qərarların icrasının sürətləndirilməsi, regional əməkdaşlığın genişləndirilməsi və inkişaf etməkdə olan ölkələr üçün iqlim maliyyəsinə çıxış imkanlarının artırılması da əsas mövzular sırasında yer alıb.

    Eyni zamanda qarşıdakı COP prosesində ölkələr arasında əməkdaşlığın gücləndirilməsi və iqlim öhdəliklərinin praktiki nəticələrə çevrilməsi məsələlərinə xüsusi diqqət yetirilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR