TÜRKİYƏNİN ƏMƏK VƏ SOSİAL MÜDAFİƏ NAZİRİ VEDAT İŞIKHAN BAKIDA ŞƏHİDLƏR XİYABANINI ZİYARƏT EDİB.
Bakı, 30 may — Azadmedia.az
Türkiyə Respublikasının əmək ve sosyal müdafiə naziri Vedat İşıkhanın başçılıq etdiyi nümayəndə heyəti Bakıda Şəhidlər xiyabanı ziyarət edib.
Azadmedia.az xəbər verir ki, Azərbaycanın azadlığı ve müstəqilliyi uğrunda mübarizədə canlarını vermiş qəhrəman Vətən övladlarının əziz xatirəsi ehtiramla yad olunub, məzarları üzərinə tər güllər düzülüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.
Daha sonra xiyabandakı “Türk şəhidliyi” abidəsi ziyarət edilib. Azərbaycan-Türkiyə qardaşlığının əbədiliyini, sarsılmazlığını əks etdirən həmin məzarlıqda uyuyan qəhrəman ve fədakar türk qardaşlarımızın əziz xatirəsi anılıb, abidənin önünə əklil qoyulub, gül dəstələri düz ülüb.
Qeyd edək ki, sonda Vedat Işıkhan şəhidliyin xatirə dəftərini imzalayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.