Ermənistanla Gürcüstan arasında son illərdə dayanmış delimitasiya prosesi davam etdirilməli və məntiqi sonluğa çatdırılmalıdır.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan parlamentdə çıxışında deyib.
O həmçinin əlavə edib ki, İrəvan Qara Dəniz Kabel layihəsində iştirak etmək istəyir və Gürcüstanın dəstəyinə ümid edir.
Nazir müavininin sözlərinə görə, bunun üçün enerji infrastrukturunun yenilənməsi və təkmilləşdirilməsi tələb olunur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.