İranda prezidentliyə namizədliyi qeydə alınan 4 qadından biri Zöhrə İlahian namizədliyini geri götürüb.
Azadmedia.az xəbər verir ki, İlahian bu barədə özünün X səhifəsində məlumat yayıb.
Belə ki, İran mətbuatının məlumatına görə, bundan əvvəl daha 4 nəfər namizədliyini geri götürüb.
Qeyd edək ki, ümumilikdə 80 nəfərin namizədliyi qeydə alınmışdı. İyunun 4-dən etibarən Konstitusiyanın Keşikçiləri Şurası namizədin prezident vəzifəsinə qoyulan tələblərə cavab verib-vermədiyini öyrənmək üçün bir həftə ərzində yekun rəy verəcək. İştirakçıların yekun siyahısı iyunun 11-də açıqlanacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.