DİN-in Mətbuat Xidmətindən Azadmedia.az-a verilən məlumata görə,
Avqustun 1-də və 2-də ölkə ərazisində qeydə alınan 69, əvvəlki dövrlərdən bağlı qalan 15 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
• Axtarışda olduğuna görə ümumilikdə 73, o cümlədən borclu şəxs qismində axtarışda olan 46 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
- Narkotiklərlə əlaqəli 32, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb.
**
Tərtərdə 5 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən İlyas Əmirov saxlanılıb.
Həmin şəxsdən 4 kiloqram tiryək və 1 kiloqram marixuana aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb,
məhkəmənin qərarı ilə İ.Əmirov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
**
Avqustun 1-də və 2-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 9 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
**
Polis əməkdaşlarının avqustun 1-də və 2-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 13 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
**
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 1-də və 2-də ümumi çəkisi 22,3 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.*
*Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
**
*Avqustun 1-də və 2-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə kultivasiya yolu ilə yetişdirilmiş 23 ədəd çətənə kolu aşkar olunaraq götürülüb, yabanı halda bitmiş 2 ton çəkidə 1321 ədəd çətənə kolu isə aşkarlanaraq məhv edilib.*
Bu istiqamətdə tədbirlər davam etdirilir.
**
Avqustun 1-də və 2-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 3 tüfəng, 6 patron darağı və 128 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
**
Çay kənarında narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş 47 yaşlı Cəfər Kərimov saxlanılıb. Ondan çaykənarı ərazidə aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi 63 ədəd çətənə kolu və marixuana aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə C.Kərimov barəsində həbs qətimkan tədbiri seçilib.
**
Çalışdıqları məkanlardan oğurluq edən şəxslər saxlanılıblar
Paytaxtın Nizami rayonunda talama cinayətləri qeydə alınıb. Naməlum şəxslər rayon ərazisində yerləşən marketlərin birindən 6612 manat dəyərində elektrik naqili oğurlayıblar. Polis əməkdaşlarının keçirdikləri tədbirlə əməli törətməkdə şübhəli bilinən 47 yaşlı C.Hüseynzadə, 33 yaşlı E.Hüseynov və həmyaşıdı Ə.Mammedov müəyyən olunaraq saxlanılıblar. Araşdırmalarla həmin şəxslərin bir müddət əvvəl marketin anbarında çalışdıqları və oğurladıqları naqilləri əlvan metal qəbulu məntəqələrinə satdıqları məlum olub.
Rayon ərazisində keçirilən digər tədbir nəticəsində isə zavodların birinin anbarından ümumi dəyəri 4250 manat olan müxtəlif avadanlıqları talamaqda şübhəli bilinən 40 yaşlı Ə.Cavadov, 31 yaşlı O.Məmmədov və 62 yaşlı F.Musayev də polis əməkdaşları tərəfindən saxlanılıblar.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.