AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ayaqqabının içindən mobil telefon çıxdı – Penitensiar Xidmət qadağan olunmuş əşyalarla bağlı xəbərdarlıq etdi

  • + A
  • - A
  • Bu gün, 20:29

    Ayaqqabının içindən mobil telefon çıxdı – Penitensiar Xidmət qadağan olunmuş əşyalarla bağlı xəbərdarlıq etdi

    Penitensiar müəssisələrdə saxlanılan şəxslərə qadağan olunmuş əşyaların ötürülməsi ilə bağlı növbəti cəhdin qarşısı alınıb.

    Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən bildirilib ki, bəzi hallarda vətəndaşlar penitensiar müəssisələrdə saxlanılan şəxslərə müxtəlif yollarla qadağan olunmuş əşyalar çatdırmağa cəhd göstərirlər.

    Penitensiar Xidmətin əməliyyat aparatının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində belə cəhdlərdən daha biri aşkarlanaraq qarşısı alınıb.

    Belə ki, Bakı İstintaq Təcridxanasında həbs edilmiş şəxs üçün tanışı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman bir cüt ayaqqabının içərisində xüsusi üsulla gizlədilmiş 1 ədəd mobil telefon və 1 ədəd elektrik qidalandırıcısı aşkar edilərək götürülüb.

    Aşkarlanmış əşyalarla bağlı fakt üzrə araşdırma aparılır.

    Ədliyyə Nazirliyinin Penitensiar Xidməti bir daha vətəndaşların diqqətinə çatdırır ki, penitensiar müəssisələrdə saxlanılan şəxslərə qanunvericiliklə qadağan edilmiş əşyaların verilməsi, göndərilməsi və ya digər yollarla ötürülməsi hüquqi məsuliyyət yaradır.

    Nazirlik vətəndaşları bu cür hallara yol verməməyə və penitensiar müəssisələrə göndərilən sovqatlarla bağlı müəyyən edilmiş qaydalara ciddi şəkildə əməl etməyə çağırır.

    Qadağan olunmuş əşyaların müəssisələrə keçirilməsinin qarşısının alınması istiqamətində Penitensiar Xidmət tərəfindən əməliyyat-axtarış və nəzarət tədbirləri davam etdirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR