Sabiq baş konsulun məhkəməsi yenə təxirə düşdü
img]https://azadmedia.az/uploads/posts/2026-09/1790063936_images-4.jpg[/img]
Azərbaycanın Sankt-Peterburqdakı sabiq Baş konsulu Sultan Qasımovun məhkəməsi ikinci dəfə təxirə salınıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində bu gün keçirilməsi nəzərdə tutulan hazırlıq iclası vəkilin prosesə gəlməməsi səbəbindən baş tutmayıb.
Məhkəmədə bildirilib ki, S.Qasımovun müdafiəçisi Gəncə və Şamaxıda digər işlərdə iştirak etdiyi üçün iclasa gəlməyib.
Hakim Firdovsi Əliyev və prokuror Rauf Malışov bunun məhkəmə prosesinin süni şəkildə uzadılması olduğunu bildiriblər.
Qeyd edək ki, əvvəlki məhkəmə iclası da S.Qasımovun ittiham aktını almaması səbəbindən təxirə salınıb.
Növbəti iclas sentyabrın 30-na təyin edilib.
Sultan Qasımov iki nəfərə dələduzluq yolu ilə 200 min manat ziyan vurmaqda ittiham olunur. O, hazırda həbsdə deyil və barəsində alternativ qətimkan tədbiri seçilib.
S.Qasımov 2009-2024-cü illərdə Azərbaycanın Rusiyanın Yekaterinburq və Sankt-Peterburq şəhərlərində baş konsulu vəzifəsində çalışıb. O, Azər Qasımovun qardaşıdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.